Şrift:
Malayziya hökuməti “omikron” ştamına görə Yeni il şənliklərinə qadağa qoyub
17.12.2021 [10:49] - Gündəm, Sağlıq
Malayziya hökuməti koronavirusun “omikron” ştamının yayılmasının qarşısını almaq üçün ölkədə Yeni il şənlikləri ilə bağlı böyük tədbirlərin təşkilinə qadağa qoyub.

Bu barədə Malayziyanın səhiyyə naziri Hayri Camaluddin bəyan edib.

“Yeni il şənlikləri ilə bağlı böyük tədbirlər qadağan edilib, kiçik tədbirlərə isə bunların iştirakçıları COVID-19 testindən keçdikdən sonra icazə verilə bilər”, - deyə nazir bildirib.

Məmur əlavə edib ki, bu barədə qərar ölkədə “omikron” ştamına yoluxma ilə əlaqədar iki hal qeydə alındıqdan sonra qəbul edilib.

Dekabrın 16-da Səhiyyə Nazirliyi “omikron” ştamına iki yoluxma halının qeydə alındığını, daha 18 nəfərin isə yoxlamadan keçirildiyi barədə məlumat yayıb.
Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed