Şrift:
Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Paytaxt məktəblərində 467 min 722 şagird təhsil alır
21.12.2021 [10:16] - Gündəm, Bildiriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, idarənin tabeliyindəki məktəblərdə 467 min 722 şagirdin təlim-tərbiyəsi ilə 28 min 226 müəllim məşğul olur.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 46 min 479, IX siniflərində 35 min 452, XI siniflərində 23 min 677, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər təhsil alır.
Bu xəbər oxucular tərəfindən 2818 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed