Şrift:
Şahin Mustafayev: Regionlarda da stolüstü tennisə marağın artırılması üçün tədbirlər nəzərdə tutulub
28.12.2021 [10:02] - Gündəm, İdman
Yenidən 4 il müddətinə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti vəzifəsinə seçilməyim üçün mənə göstərilən etimada görə, ilk növbədə, federasiyanın üzvlərinə minnətdaram.

Bu sözləri növbəti dəfə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilən Şahin Mustafayev hesabat-seçki konfransından sonra keçirilən mətbuat konfransında jurnalistlərə müsahibəsində bildirib.

O, iclasda qarşıdakı vəzifələr haqqında söhbət aparıldığını bildirib: "Stolüstü tennisin inkişafına dövlət tərəfindən diqqət və qayğı göstərilir. Bu idman növünə ölkəmizdə maraq böyükdür. Onun daha da geniş yayılması və kütləviləşməsi istiqamətində federasiya tərəfindən bir sıra işlərin görülməsi planlaşdırılıb. Bakı ilə yanaşı, regionlarda da bu idman növünə marağın artırılması üçün tədbirlər nəzərdə tutulub. Belə ki, idman məktəblərində tennis bölməsinin yaradılmasını istəyirik”.

Ş.Mustafayev bildirib ki, əyləncə mərkəzlərində və digər yerlərdə stolüstü tennis avadanlıqları quraşdırmaq nəzərdə tutulub. O, bu avadanlıqların çox böyük xərc tələb etmədiyini vurğulayıb. Federasiya prezidenti qeyd edib ki, bu idman növünün mövcud maddi-texniki bazasında, eləcə də yeni yaradılacaq qurğularda inkişafı və daha geniş yayılması üçün tədbirlər görüləcək.
Bu xəbər oxucular tərəfindən 1074 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed