Şrift:
Vaşinqtonda Həmrəylik günü və Yeni il münasibətilə şənlik keçirilib
28.12.2012 [11:40] - Gündəm, Diaspor
“Azərbaycan Araşdırmaları üzrə Vaşinqton Mərkəzi” tərəfindən dekabr ayının 27-də Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib. Mərkəzdən verilən məlumata görə, açılış nitqi ilə “Azərbaycan Araşdırmaları üzrə Vaşinqton Mərkəzi”nin rəhbəri Qədir Şirəliyev və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış ediblər.

Səfir E. Süleymanov müstəqil Azərbaycanın qət etdiyi inkişaf və tərəqqi yoluna nəzər salaraq Azərbaycan prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciətindən sitatlar gətirib. O, müstəqil Azərbaycan Respublikasının dünyada yaşayan bütün azərbaycanlıların doğma yurdu və güvənc yeri olduğunu vurğulayıb və soydaşlarımızı birgə işlər görməklə, vətənin çiçəklənməsinə fəal surətdə dəstək verməyə çağırıb.

Daha sonra iştirakçılar Azərbaycan mətbəxinin ləziz yeməklərinə qonaq edilib və onlara Azərbaycan xalq və müasir musiqi nömrələrinin canlı ifasında konsert proqramı təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 932 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed