Şrift:
Pandemiya başlayandan bəri dünya üzrə koronavirusa ən yüksək həftəlik yoluxma qeydə alınıb
30.12.2021 [10:05] - Gündəm, Sağlıq
Koronavirus pandemiyası başlayandan bəri dünya üzrə ən yüksək həftəlik yoluxma halı qeydə alınıb.

22-28 dekabrı əhatə edən həftə ərzində dünya üzrə koronavirusa yoluxanların sayı gündəlik orta hesabla 935 min nəfər olub. Həmin həftə ərzində 6,55 milyon yoluxma halı qeydə alınıb ki, bu da bu ilin aprel ayındakı rekordu (5,71 milyon) üstələyib.

Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib ki, oktyabr ayından dünya üzrə koronavirusa yoluxma hallarında artan temp müşahidə olunur. Virusun “delta“ və “omikron“ ştamları bu tendensiyanın sürətlənməsinin əsas təkanverici amilləridir. 22-28 dekabr həftəsində yoluxmalar ondan öncəki həftədən 37 faiz çox olub.

Həmçinin qeyd edilib ki, yoluxmaların sürətlə artması fonunda koronavirus səbəbindən ölənlərin sayında vəziyyət fərqlidir və optimist olmağa əsas verir. Belə ki, son üç həftədə ölüm hallarının statistikasında azalma müşahidə olunur.

Avropada isə Böyük Britaniya, Fransa və İtaliya kimi ölkələrdə yoluxmalar yenidən rekord həddə çatıb.
Bu xəbər oxucular tərəfindən 927 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed