Şrift:
Fərəc Quliyev:Uğurlarımızın rəhni Azərbaycan xalqının iradəsi, xalq-iqtidar-ordu birliyidir
30.12.2021 [11:58] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Son 18 ildə Azərbaycan şərəfli yol keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Ötən il Ermənistan ordusu üzərindəki şanlı Qələbəmiz bütün uğurlarımı­zın pik nöqtəsi oldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz işğalçıları darmadağın edərək, Azərbaycan tarixinə şanlı səhifə yazdı. Son illər həyata keçirilən hərtərəfli sosial siyasi-iqtisadi islahatlar beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Uğurlarımızın rəhni Azərbaycan xalqının iradəsi, xalq-iqtidar-ordu birliyidir.

Bu fikirləri Milli Dirçəliş Hərəkatı Parti­yasının sədri Fərəc Quliyev bildirdi.

Partiya sədri son vaxtlar əhalinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində dövlət başçımızın imzaladığı sərəncam və fərmanlardan söhbət açaraq, dedi ki, bu gün ölkəmizdə mütərəqqi sosial siyasətin həyata keçirilməsinə, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə mühüm önəm verilməsi təsadüfi deyil. Çünki insan amili daim Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin prioritetini təşkil edib: “ Bu gün də insanlara maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzində olub. Bu gün də belədir. Eyni zamanda, insanların qüzəranının daha da yaxşılaşdı­rılması, əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin, tələbələrin təqaüdlərinin artırıl­ması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir.

Partiya sədri bu məsələlərin gələn ilin dövlət büdcəsində xüsusi yer aldığını vurğuladı. Bildirdi ki, büdcədə sosial xərclərin 46,4 faizə çatdırılması və 2021-ci illə müqayisədə 13,5 faiz, yəni, 1 milyard 650 milyon manat artırılma­sı da bunun təsdiqidir. Xalqın rifahının yaxşılaş­dırılması və sosial müdafiəsinin təmin edilməsi üçün 2022-ci il yanvarın 1-dən əməkhaqlarının və əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırıl­masının qarşıya mühüm vəzifə kimi qoyulması da ölkəmizdə bu məsələnin diqqət mərkəzində saxlanılmasından xəbər verir. Prezident İlham Əliyevin düşünülmüş siyasi kursunun vacib istiqamətlərindən biri kimi bu sahə dövrün tələblərinə uyğun şəkildə həm forma, həm də məzmun etibarı ilə daha da zənginləşdirilərək yeni keyfiyyət mərhələsinə daxil olub.

Dövlət başçımızın imzaladığı yeni sərəncam və fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətində, xüsusilə, son illərdə geniş miqyas alan islahatla­rın uğurla davam etdirilməsini təmin edir.

F.Quliyev qeyd etdi ki, son illər baş verən qlobal böhran, koronavirus pandemiyası bütün dünya iqtisadiyyatı üçün çətin bir sınaq dövrü oldu. Azərbaycanda düzgün müəyyənləşdirilmiş sosial - iqtisadi siyasət ölkəmizi bu sınaqlar­dan uğurla çıxardı. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən sosialyönümlü siyasət ölkəmizdə sosial proqramların uğurla davam etdirilməsi və reallaşdırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində irəliyə doğru yeni mühüm addımların atılmasına imkan yaratdı.

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV,“Xalq qəzeti”
Bu xəbər oxucular tərəfindən 820 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed