Şrift:
Fərəc Quliyevin TƏBRİKİ
31.12.2021 [11:40] - Xəbərlər, MDH, Özəl xəbər, Fərəc Quliyev
Əziz Xalqım!
Sizi, qarşıdan gələn "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni İl" bayramları münasibəti ilə təbrik edirəm.
31 dekabr 1989-cu ildə təşkilatçı və ideoloqlarından biri olduğum “Sərhəd Hərəkatı”nın yekunu olaraq İmperiyalar tərəfindən Azərbaycanımızı bölən sərhədlərin yandırılması günü, tariximizə Həmrəylik bayramı kimi daxil oldu .Bu hərəkat son 200 ildə Azərbaycanın bölünməsinə ən böyük Milli etiraz olaraq, Vətənimi bölən İmperiyaların iradəsini ayaqlar altına atdı.Hərəkat sübut etdi ki,ruhən bölünməyən xalqı texniki vasitələr-sərhədlərlə bölmək olmaz.
Bu bayramı da, digər bayramlar kimi artıq Azərbaycan xalqı Vətən Müharibəsində qazandığı möhtəşəm qələbədən sonra daha fərqli - Qarabağlı, qələbəli, qürurlu, başı uca qeyd edir. İkinci Qarabağ savaşındakı qələbə bütün xalqın birləşərək milli birlik sərgiləməsi, Milli maraqların qorunmasında sonsuz fədakarlıq göstərməsi nəticəsində mümkün oldu.
Bütün dünyada heyranlıq doğuran bu birliyin yaranmasını və xalqın vahid vətənçilik düşüncəsi ilə davranışını əslində "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" bayramının fəlsəfəsi tam olaraq özündə ehtiva edir.
Milli təhlükəsizlik, inkişaf və böyük zəfərlərə nail olmağın açarı həmrəylik və birlikdə olduğu üçün, bu idealların simvolu kimi böyük bir məna ifadə edən Həmrəylik Bayramımızın və Yeni təqvim ilinin kiçik dövlət olan ailələrimiz və böyük ailə olan dövlətimizə düşərli olmasını diləyir və Sizə sağlam həyat, gözəl əhval və böyük uğurlar arzulayıram.
Hörmətlə Milli Dirçəliş Hərəkatı (MDH) partiyasının sədri , İstiqlalçı Millət Vəkili Fərəc Quliyev.
Bu xəbər oxucular tərəfindən 824 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed