Şrift:
Ağsuda ikimərtəbəli ev yanıb
06.01.2022 [09:54] - Gündəm, Hadisə
Ağsu rayonunun Padar kəndində ikimərtəbəli ev yanıb.

Hadisə bu gün günorta saatlarında baş verib.

Yanğın nəticəsində ev içərisindəki avadanlıqlarla birlikdə tamamilə yanıb. FHN-in Ağsu Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə gəlib, yanğının ətraf ərazilərə yayılmasının qarşısını alıblar.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
Bu xəbər oxucular tərəfindən 1122 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed