Şrift:
Ürəklərə şəfa olan söz sahibi: İbrahim Gülşəni
01.11.2011 [05:36] - Türkün şanlı tarixi
Sultan Uzun Həsən ona, divanı-sultanında nişançılıq vəzifəsi verir

İbrahim Gülşəni də övliyalarımızın böyüklərindəndir. Ensiklopedik məlumatlarda onun haqqında qısaca olaraq yazılır: İbrahim bin Məhəmməd bin İbrahim bin Şəhabəddin bin Aydoğmuş bin Gündoğmuş bin Oğuz Atadır. Onu Gülşəni ləqəbilə çağırıblar. 1426 (H. 830) ildə Azərbaycanda anadan olub, 1534 (H. 940) ildə Misirdə vəfat edib.

Atası Əmir Məhəmməd, zadəgan bir Türk ailəsindəndir. Əmir Məhəmməd vəfat etdiyində İbrahimin yaşı kiçik idi. Atasından sonra əmisi Seyyid Əli onun tərbiyəsi və təhsili ilə məşğul olur. Dəyərli bilgi sahiblərindən dərs almasına kömək edir. Çox ağıllı və qabiliyyətli olan İbrahim, qısa zamanda yoldaşları arasında fərqlənir. Təfsir, hədis və fiqh elmində alim kimi yetişir. Elmini daha da artırmaq üçün, o zamanın elm, mədəniyyət mərkəzi olan Səmərqəndə getmək üzrə yola çıxır. Yorucu səfərdən sonra Təbrizə çatır. Sultan Uzun Həsənin Kadıl-kudatı Mövlana Həsən ilə söhbət edir. Mövlana Həsən, İbrahimin alim və fəzilətli biri olduğunu anlayınca, ona çox hörmət göstərərək; “Təbrizdə qalsanız, sizə maddi-mənəvi hər cür rahatlığı təmin edər, xidmətinizi görməklə şərəflənərik” deyir. İbrahim də təklifi qəbul edincə, vəziyyəti Sultan Uzun Həsənə bildirir. Sultan ona, divanı sultanında nişançılıq vəzifəsi verir. Beləcə dövlətdə xidmət etməyə başlayır. Lakin İbrahimin niyyəti və yaradılışı bu işə uyğun deyildi. Bu işə heç cür ürəyi yatmırdı. Arzusuna uyğun yaşaya bilmək üçün, Seyyid Yahya Şirvaninin xəlifəsi Baba Ömər Ruşəninin xidmətinə girərək, tələbəsi olur. Hər əmrini yerinə yetirmək üçün canla-başla çalışır. Nəfsini tərbiyəylə çox məşğul olur. İstəklərini etməyib, istəmədiklərini edərək nəfsinə müxalif çıxırdı. Bu səyi səbəbiylə, cənabı Haqq ondan ehsanını əsirgəmədi. Bəsirət gözü açıldı. Qısa zamanda Ömər Ruşəni həzrətlərindən icazət, diplom almaqla şərəfləndi. Müəllimi, Baba Ömər Ruşəninin ona Gülşəni deyə xitab etməsi üzərinə, ləqəbi Gülşəni qaldı və bu ləqəblə tanındı. İbrahim Gülşəni həzrətləri bundan sonra Təbrizdəki mədrəsədə dərs verməyə başladı.
İbrahim Gülşəninin Allahu-Təalanın əmrlərinə tabe olmaqda və qadağanlarından qaçınmaqdakı səyi çox idi. Dünyaya zərrə qədər meyl etməz, şübhəli qorxusuyla mübahların çoxunu tərk edərdi. Allahu-Təalaya olan servgi və qorxusundan günlərlə yemək yemək ağılına gəlməzdi. Əlinə keçən malları kasıblara paylayar, özü kimsədən bir şey qəbul etməzdi.
İnsanlarla elə şirin, xoş, yumşaq davranardı ki, dost-düşmən hər kəs onu təqdir edərdi. Müsəlmanlar onun hüzuruna gəldikləri kimi, islamdan olmayanlar belə, İbrahim Gülşəninin təvazökarlığını görüb sevə-sevə müsəlman olardılar. Sultan Uzun Həsən də İbrahim Gülşənini sevər, hörmət edərmiş. Sultan bir gecə əcaib bir yuxu görür. Yuxusunda qara bir nəfər onu öldürmək qəsdiylə, əlində qılınc hücum edir. Öldürülmə qorxusundaykən, İbrahim Gülşəni həzrətləri tələbələriylə gəlir. Tələbələrinin hər birinin əlinə altun qılınc verir. İbrahim Gülşəninin tələbələri, sultanı öldürmək istəyən həmin adama qılınclarını vurub, parça-parça edirlər. Sultan sabahısı gün İbrahim Gülşənini sarayına dəvət edir. Hörmət və sayğı göstərir, izzət və ikramda bulunur. Ancaq daha yuxusunu izah etməyə fürsət tapa bilmədən, İbrahim Gülşəni həzrətləri yuxunun təbirini söyləyir: “Sədəqə bəlanı aradan qaldırar, ömrü uzadar” buyurur. Bu halı görən Sultanın, İbrahim Gülşəniyə etimad və bağlılığı daha da artır.
Bir gün Şahzadələrdən biri, düşmən olduğu birinin zərər görməsini istəyir. Bu niyyət ilə İbrahim Gülşəniyə gəlib, o şəxsin zərər görməsi üçün bir yazı yazmasını istəyir. İbrahim Gülşəni də; “İşi Haqq Təalaya həvalə etmək yaxşıdır. Kin tutaraq, hirslənərək bir müsəlmana zərər verməyə qalxmaq, hətta uğradığı bir zərərə sevinmək heç yaxşı əməl deyil” deyir.
İbrahim Gülşənidən belə bir yazı ala bilməyəcəyini anlayan şahzadə atına minir və başqa birindən belə bir yazı almaq qəsdiylə yola çıxır. Yolda at şahə qalxır, şahzadə yıxılır və huşunu itirir. Görənlər yetişib, onu bu halıyla evinə gətirirlər. Şahzadə ayılıb özünə gəlincə; “İbrahim Gülşəniyə gedin, mən tövbə etdim, peşman oldum. Məni bağışlasın” deyə xəbər göndərir. Yaxşı olub ayağa qalxınca, dərhal İbrahim Gülşəninin yanına gedir, hüzurunda təkrar tövbə edir və Sadiq tələbələrindən olur.
Sultan Həsən, oğlu Xəlili yaxşı bir idarəçi olduğundan Fars vilayətinə vali təyin edir. Xəlil getdiyi vilayətdə xalqa zülm etməyə başlayır. Zülmündən bezən xalq, vəziyyəti Sultana çatdırırlar. Sultan, buna çox kədərlənib, İbrahim Gülşəni ilə Qazı Həsəni yanına çağırır. Sonra; “oğlum Xəlil zülmə başlayıb, yazacağım fərmanı ona aparıb, insanların içində qorxmadan oxuyun” deyir. Sultan Həsənın xanımı, vəziyyəti tələsik oğluna bildirir. Xəlil xəbəri alan kimi yollara adamlarını qoyub; “Gələnləri tutub dərhal hüzuruma gətirin” deyə əmr verir. Bu sırada İbrahim Gülşəni ilə Qazı Həsən yola çıxmışdılar. O yerə yaxınlaşdıqlarında, Xəlilin adamları onları tutub valinin hüzuruna aparırlar. Xəlil, İbrahim Gülşəniyə hörmət edirmiş kimi görünməyə çalışır. Hər kəsin olduğu bir sırada İbrahim Gülşəniyə: “Əfəndim! Təbrizdən çıxalı neçə gün oldu?” deyə soruşur. O da; “On yeddi gün” deyincə, Xəlil lağ edərək; “Əfəndim! Təbrizdən bura bir ayda ancaq gəlinər. Hələ bu qış mövsümündə yollar buzlu və qarlı olduğu halda, bir az çox vaxt tələb etmirmi gəlmək” deyərək, inanmır. İbrahim Gülşəni həzrətləri; “Biz ömrümüzdə heç yalan danışmadıq. Yalan danışanı da sevmərik. Lakin bunu yaxşı bilin ki, Allahu-Təalanın sevdiyi qulların himməti dağları əridər. Bizim bir aylıq yolu on yeddi gündə gəlməmiz çaşılacaq şey deyil ki... İnanmırsınızsa işdə məktub. Bu günki tarixə, bir də məktubdakı tarixə baxın” deyir. Bu hal qarşısında, dayanan Xəlil, məktubu alır və yanındakı divan bəyinə verir. Tarixi oxudular, tam on yeddi gün olduğunu gördülər. Xəcalətli olan Xəlil bəy; “Əfəndim! Bu, sizin kəramətinizdən başqa bir şey deyil” deyir. İbrahim Gülşəni də; “madam ki övliyanın qənaət etmə gücünə inanırsınız, elə isə atanıza qarşı gəlməməlisiniz. Əgər xoş olmayan niyyətinizi düzəltməsəniz, sizi bu gecə cəzalandırarıq” deyir. O sırada Xəlil bəy; “Sabah İbrahim Gülşənini öldürüm” deyə düşünürdü. O gecə yuxusunda, İbrahim Gülşəninin onun boğazını sıxaraq; “Ay zalım, etdiyin zülmlər yetməzmi ki, cənabı Haqqın xalis qullarına da pislik etməyi düşünərsən?” deyir. Xəlil boğulacaq kimi olur. Yatdığı yerdə əllərini qaldıraraq tövbə edir. Oyandığında tər içində qalmış, çox qorxmuşdu. Yatağından qalxıb düşünməyə başlayır. İbrahim Gülşəni, o gecə Kadıəskər alayının evində qonaq idi. Gecə yarısı olunca, ev sahibini oyandırdı və; “Haydı vali Xəlilin evinə gedək” deyir. Gecə yarısı Xəlilin evinə gedirlər. Yatdığı yerin qapısına gəlincə, yüksək səslə; “Ey Xəlil! Tövbə etdinmi, yoxsa hələ məni öldürmək fikirindəsənmi?” deyir. Xəlil, ağlayaraq qapıdan çıxır və İbrahim Gülşəniyə; “Əfəndim! Etdiklərimə peşman oldum, tövbə etdim. Yalvarıram, mənə dua edin, bundan sonra heç kimə zülm etməyəcəyəm” deyir.
Dövrün siyasi çəkişmələrindən uzaq durmaq üçün İbrahim Gülşəni həzrətləri hicrətə qərar verir. Macəralı bir səfərdən sonra oğlu Əhməd Xəyali ilə Diyarbəkirə çatır. İbrahim Gülşəniyə, şəhərin hakimi, Komandir Bəy ilə qardaşı Kayıtmaz Bəy son dərəcə hörmət göstərdilər. İzzət və ikramlarda bulunurlar. Lakin orada çox qalmayıb, yollarına davam edərək Misirə gedirlər.
İbrahim Gülşəninin müəllimi Ömər Ruşəni həzrətlərinin tələbələrindən Timurtaş ilə Şahin əfəndigil də daha əvvəl Misirə gəlib yerləşmişdilər. Misir xalqı onlara dəyər verir, hörmət və ehtiram göstərirdilər. İbrahim Gülşəninin Misirə gəlməsini xalq böyük bir sevinclə qarşıladı. Gülşəni həzrətləri Kadıl-kudat Abdülberr bin Şahna, Timurtaş və Şahin əfəndilərin xahişi üzərinə Kubbet-ül-Mustafa deyilən yerdə yerləşdi. İnsanları nəsihətə, ibadətləri etmənin, haramlardan qaçmanın fəzilətini izah etməyə başladı. Qısa zamanda Sultan Gavri başda olmaq üzrə hər kəs onu çox sevdi. Onun ürəklərə şəfa olan sözlərini həmişə dinləmək, heç qaçırmamaq üçün hüzurunda olamğa cəhd göstərdilər. Gələnlərin çox olması üzərinə, hökmdar ona, Müəyyədiyədə bir mədrəsə tikdirdi. İbrahim Gülşəni oraya gedərək, insanlara elmin fəzilətlərini və Gülşəniyyə yolunu izah etməyə başlayır.
Sultan Səlim Xan Misiri zəbt etdiyində, İbrahim Gülşəni həzrətləri onu:

Əzizim, xeyiri makdem ömrümün varı səfa gəldin.
Kərəmlər etdin, könlümün sultanı, səfa gəldin.
deyərək qarşıladı. Yavuz Sultan Səlim Xan da bu böyük alimə çox könüldən hörmət göstərdi. Qoşun başçıları onun ürəkaçan söhbətiylə şərəfləndi, duasını alaraq bolluq və bərəkətlərindən istifadə etməyə çalışdılar.
Misirdə İbrahim Gülşəni həzrətlərinin tələbələri və sevənləri çoxaldı. Bir-birini əvəzləyən hökmdarların isə hər biri Böyük Alimə hörmət və ehtiram göstərmişlər. Adı, zamanın sultanı Qanuni Sultan Süleyman Xana çatır. Sultan Süleyman Xan, onu İstanbula dəvət edir. İstanbula gələn İbrahim Gülşəni həzrətlərinə çox hörmət göstərdi, ikramlarda bulundu. O sıralarda İbrahim Gülşəni yüz dörd yaşlarında idi. Gözlərində bir narahatlıq hiss edirdi. Görməsi çox zəifləmişdi. Vəziyyəti Padşaha ərz edir. Sultan da Kəhhalbaşına (Sürməçibaşına) əmr edərək, lazımı qayğını göstərməsini əmr edir. Kəhhalbaşı, bütün səyini sərf edərək, Allahu-Təalanın icazəsiylə qısa zamanda yenidən gözlərinin açılmasına səbəb oldu. İbrahim Gülşəni səhhəti yaxşılaşınca Çıkrıkçılar başındakı İbrahim Paşa Məscidində xalqa vəz və nəsihət verməyə başladı. Qısa zamanda İstanbulluların könlündə taxt quran İbrahim Gülşəniyə, dövlət ərkanından və xalqdan xeyli insan ona tələbə olmaqla şərəfləndi. Padşah, şeyxülislam, alimlər və övliya onun elmdəki üstünlüyünü çox təqdir etdilər. Bir müddət İstanbulda qalan İbrahim Gülşəni həzrətləri, Padşahdan icazə alaraq yenidən Misirə dönür.
İbrahim Gülşəni, Mövlana Cəlaləddini Rumu həzrətlərinin “Məsnəvi”si tipində, ona bərabər olaraq, qırx gün içində qırx min beytlik farsca bir məsnəvi yazır. “Mənəvi” adını verdiyi bu kitabı çox qiymətlidir.
Tələbələrinə daha çox Mövlana həzrətlərinin “Məsnəvi”si ilə özünün “Mənəvi” adlı əsərindən oxudardı. Necə ki, belə deyilmişdir:

Gülşəni dərvişi güldür, qönçələrdir Mövləvi,
Bülbülü Şeyda oxur gah Məsnəvi, gah Mənəvi.


İbrahim Gülşəni həzrətləri 1534 (H. 940) ilin Şəvval ayının doqquzuncu günündə, kəlmeyi-şəhadət gətirərək vəfat etdi. Yerinə oğlu Əhməd Xəyali keçərək, Gülşəni yolunu davam etdirməyə çalışdı.
İbrahim Gülşəni vəfat etdiyi gün, Müntəci Məhəmməd Əfəndinin evinin önündəki bir sərv ağacı yerə yıxılır. Məhəmməd Əfəndi; “Bu xeyrə əlamət deyil” deyib, dua almaq niyyətiylə İbrahim Gülşəninin evinə doğru gedir. Evə çatdığı zaman, vəfat etdiyini öyrənir. Evinin qarşısında bir sərv ağacının aşdığını Gülşəninin oğlu Əhmədə izah edir. Orada olanlar heyrətləndilər. Çünki, yaxınları tabut düzəltmək üçün hər tərəfə sərv ağacı axtarmağa çıxmışlardı.
Hadisəni eşidənlər: “Biz sərv ağacı tapmağa ətrafa adam göndərmişdik. Məgər sizin sərvinizin düşməsi İbrahim Gülşəni həzrətlərinin tabutu üçünmüş” deyirlər. Mənə təsəlli gəldi. O sərvdən taxta kəsdirərək, tabut düzəltdirib gətirdim. Onunla dəfn etdilər. Yuyarkən ətrafa çox gözəl, müşk kimi bir qoxu yayıldı... Bu qoxunu, orada olan hər kəs hiss etdi.
İbrahim Gülşəninin oğlu Əhməd Xəyali, atasından otuz yeddi il sonra vəfat etdi. İbrahim Gülşəninin türbəsində dəfn edildi. Qəbri qazılarkən ətrafa elə gözəl bir qoxu yayıldı ki, orada olanlar bu qoxunun Cənnət qoxusu olduğunu və İbrahim Gülşəninin qəbrindən gəldiyini anladılar. Torpağı qazmağa başladılar. Aşağı enildikcə qoxu artdı. Qoxunun İbrahim Gülşəninin mübarək qəbirindən gəldiyi aşikar oldu.
Qəbrə enən belə izah edir: “Maraqlanaraq İbrahim Gülşəninin qəbrini açdım. Aradan otuz yeddi il keçməsinə baxmayaraq, kəfənində ləkə belə yox idi. Mübarək başına doğru baxaraq hörmətlə salam verdim. Qəbirdən belə cavab verdi: “Əleykə selamullah ya İbni!” Dözüm edə bilməyib, qeyri-ixtiyari diz çökdüm. Yanımda Şeyx Əlinin xidmətçisi vardı. O, qorxudan yuxarı çıxdı. Mən Əhməd Xəyalinin cəsədini qəbrə qoydum. Üzərimdəki bütün yorğunluq və qorxu getdi.”
İbrahim Gülşəni həzrətlərinin “Mənəvi” adlı məsnəvisindən başqa, ərəb, fars və Türkcə Divanları da vardır. “Mənəvi”nin bir qismini, tələbələrindən Məhəmməd Fənai Əfəndi Türkcəyə tərcümə etmişdir.

Könül Sultanlarının iziylə:
Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 1449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed