Şrift:
Gürcüstan koronavirusun 6-cı dalğası ilə üz-üzədir
07.01.2022 [10:19] - Gündəm, Sağlıq
Gürcüstanda koronavirusun “omikron” ştamına yoluxanların sayı yanvarın 6-da gün ərzində daha 82 fakt artıb.

Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yanvarın 6-da günorta saatlarına qədər ölkədə “omikron” ştamına yoluxma sayı 253-ə çatıb. Aparılan laborator müayinələr zamanı daha 82 nəfərin “omikron” ştamına yoluxduğu təsdiq olunub. Bununla da, ölkədə “omikron” ştamına yoluxanların ümumi sayı 335-ə çatıb.

Mərkəzin rəhbəri Amiran Qamkrelidze deyib ki, bu yalnız laboratoriyada təsdiqini tapmış saydır. Əslində isə “omikron” ştamına yoluxanların sayı qeydə alınandan 3-4 dəfə çoxdur.

Onun sözlərinə görə, “omikron” ştamı ildırım sürəti ilə yayılır. Gürcüstan koronavirusun 6-cı dalğası ilə qarşı-qarşıyadır.

Tanınmış allerqoloq-immunoloq Bidzina Kulumbeqov isə bildirib ki, yanvarın ikinci yarısından etibarən “omikron” ştamı Gürcüstanda dominant olacaq. Hazırda Gürcüstanın koronavirusun 6-cı dalğasının başlanğıcı ilə üz-üzədir. Çox güman ki, bu gün yoluxma hallarının 30 faizi və ya daha çoxu “omikron”dan qaynaqlanır.
Bu xəbər oxucular tərəfindən 691 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed