Şrift:
Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Vilvan kəndinin elektrik enerjisi ilə təchizatında fasilələr yaranıb
10.01.2022 [09:49] - Gündəm, Hadisə
Ötən gün gecə saatlarında Lənkəran-Boradigah yolunun Lənkəran rayonunun Vilvan kəndindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində kəndin elektrik enerjisi ilə təchizatında fasilələr yaranıb.

Masallı rayonunun Boradigah qəsəbə sakini, 1989-cu il təvəllüdlü Etibar İsmayıl oğlu Məmmədovun idarə etdiyi 99-OK-662 dövlət qeydiyyat nişanlı "KIA" markalı minik avtomobili çiskinli hava şəraitində idarəetmədən çıxıb və yol kənarındakı beton işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən dirək yıxılıb və Lənkəranın Vilvan kəndində yaşayan 1300 abonent işıqsız qalıb.

Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan 1982-ci il təvəllüdlü sərnişin, Boradigah qəsəbə sakini Nurlan Rəhman oğlu Ağaverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalar aparılır.
Bu xəbər oxucular tərəfindən 1137 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed