Şrift:
Bosniya və Herseqovina qış turizmini sevənlərin diqqət mərkəzinə çevrilir
10.01.2022 [09:57] - Gündəm, Mədəniyyət
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoya yarım saatlıq məsafədə yerləşən Byelasnika Xizək Mərkəzi qonşu ölkələrdən və Avropanın müxtəlif yerlərindən gələn qış turizmini sevənlərin sevimli məkanı olub.

Dekabrda və Yeni ildə xizək mərkəzini ziyarət edənlərin sayında rekord artım müşahidə olunub. Belə ki, keçən illə müqayisədə turist sayında 150 faiz artım qeydə alınıb.

Xorvatiya, Serbiya və Sloveniyadan, xüsusilə Qərbi Avropadan və Yaxın Şərq ölkələrindən gələn qonaqlar Bosniya və Herseqovinanın xizək kurortlarına böyük maraq göstərirlər. Epidemiya dövründə xizək kurortlarına gediş-gəlişi asanlaşdırmaq üçün alternativ yollar salınıb, mövcud yollar abadlaşdırılıb, vizual olaraq diqqətçəkən işlər görülüb, xizək sürməyə yeni başlayanlar və uşaqlar üçün xüsusi meydançalar hazırlanıb.
Bu xəbər oxucular tərəfindən 620 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed