Şrift:
Nyu-Yorkda yaşayış binasında yanğın olub, çox sayda ölən var
10.01.2022 [09:59] - Gündəm, Hadisə
ABŞ-ın Nyu-York şəhərinin Bronks rayonunda 19 mərtəbəli yaşayış binasında yanğın olub.

TASS-a istinadən xəbər verir ki, yanğın nəticəsində 9-u uşaq olmaqla azı 19 nəfər həlak olub.

Yanğın yerinə şəhərin yeni meri Erik Adams gəlib. Onun sözlərinə görə, yanğın zamanı çox sayda insan xəsarət alıb və ya tüstüdən zəhərlənib.

Yanğın binanın aşağı mərtəbələrindən birində başlayıb. Mənzilin qapısı açıq olduğuna görə, yanğın və tüstü tez bir zamanda binaya yayılıb.

Hadisə yerin cəlb edilən təxminən 200 yanğınsöndürənin səyləri nəticəsində yanğın söndürülüb.
Bu xəbər oxucular tərəfindən 1165 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed