Şrift:
Qazaxıstan Prezidenti ölkədəki şirkətləri xalqa kömək etməyə çağırıb
11.01.2022 [11:43] - Xəbərlər, Sosial
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Parlament Məclisində deputatlar qarşısında çıxışı zamanı biznes nümayəndələrinin, şirkətlərin xalqa kömək etməsinin vaxtının çatdığını deyib.

Parlamentin növbədənkənar iclasında Prezident Kasım-Jomart Tokayev şirkətlərin Qazaxıstan dövləti və xalqı qarşısında mənəvi borclarını ödəməli olduqlarını bildirib.

“Mən biznes dairələri tərəfindən “Qazaxıstan xalqı” İctimai Fonduna əhəmiyyətli və müntəzəm töhfələr veriləcəyini gözləyirəm. Birinci Prezidentin sayəsində ölkədə çox gəlirli şirkətlər qrupu və hətta beynəlxalq standartlara uyğun imkanlı şəxslər təbəqəsi formalaşıb. Hesab edirəm ki, artıq Qazaxıstan xalqına müntəzəm olaraq kömək etməyin vaxtı gəlib çatıb”, - deyə dövlət başçısı qeyd edib.

Prezident Tokayev hökumətə şirkətlərin çeşidini müəyyənləşdirməyi və tezliklə yaradılacaq “Qazaxıstan xalqı” İctimai Fonduna illik töhfələrin məbləğini razılaşdırmağı tapşırıb.
Bu xəbər oxucular tərəfindən 442 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed