Şrift:
Mövlud Çavuşoğlu: Biz türk dünyası olaraq Qazaxıstanın yanındayıq
11.01.2022 [13:15] - Xəbərlər, Siyasət
Qazaxıstanda barış və sabitliyin qorunması bölgə və təşkilatımız (Türk Dövlətləri Təşkilatı) üçün olduğu kimi, qlobal sülhün qorunması üçün də xüsusi əhəmiyyət daşıyır. Qazax xalqı da mövcud problemlərin həlli istiqamətində birlik və bərabərlik nümayiş etdirmək iqtidarındadır. Türk Dövlətləri Təşkilatı olaraq ortaq mesajımız budur: “Biz türk dünyası olaraq Qazaxıstanın yanındayıq. Qazaxıstana dəstəyimiz tamdır”.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin Qazaxıstandakı vəziyyətlə bağlı keçirdiyi fövqəladə iclasda çıxışı zamanı ifadə edib.

Nazir deyib: “Biz Qazaxıstana güvənir və inanırıq. Türk dünyası olaraq Qazaxıstanın yanında olacağıq. Allahın izni ilə sabitlik və rifah yolunda birlikdə yürüyəcəyik”.
Bu xəbər oxucular tərəfindən 358 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed