Şrift:
Kraliça II Elizabetin yaşadığı Vindzor qəsrinin hava məkanı uçuşa qadağan zona elan edilib
12.01.2022 [10:09] - Gündəm, Sosial
Böyük Britaniya kraliçası II Elizabetin yaşadığı Vindzor qəsrinin hava məkanı təhlükəsizlik səbəbi ilə uçuşa qadağan zona elan edilib.

Yanvarın 27-dən təyyarə və dronların Vindzor qəsri üzərindən 2500 fut yüksəklikdən uçması qadağan olunacaq. Görülən təhlükəsizlik tədbirlərinə görə, qala divarlarından 1,4 mil məsafədə uçmağın cinayət sayılacağı, qayda pozuntusu halında əraziyə daxil olan və xəbərdarlığa cavab verməyən təyyarələrə müdaxilə ediləcəyi, qalanı qoruyan polis qruplarının qeyri-qanuni pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək səlahiyyətinin daha çox olacağı bildirilib.

Britaniya Mülki Aviasiya Qurumu qadağanın ictimai maraqlara uyğun olduğunu, qərarın yerinə yetirilib-yetirilmədiyini hava nəqliyyatına nəzarət orqanlarının həyata keçirəcəyini bildirib.

Qeyd edək ki, qərar ötən ilin dekabrında silahlı şəxsin kraliçanın yeni ili qarşıladığı Vindzor qəsri ərazisinə daxil olmasından sonra verilib.
Bu xəbər oxucular tərəfindən 385 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed