Şrift:
Ukrayna mətbuatı Ermənistanın Kəlbəcər istiqamətində törətdiyi son təxribat barədə yazıb
12.01.2022 [10:13] - Gündəm, Sosial
Ukrayna mətbuatı Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat barədə yazıb.

“Ukrinform”, “RBK-Ukrayna” informasiya agentlikləri və bir sıra xəbər portalları Ermənistan silahlı qüvvələrin törətdiyi təxribat barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatı dərc edib.

Məqalələrdə qeyd olunub ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz şəhid olub. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub.
Bu xəbər oxucular tərəfindən 396 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed