Şrift:
Moldovalı jurnalist Azərbaycanın 2021-ci ildəki uğurlarına dair məqalə dərc edib
12.01.2022 [10:16] - Xəbərlər, Siyasət
Moldovanın nüfuzlu “Tribuna” informasiya portalında Azərbaycanın 2021-ci ildəki uğurlarına dair məqalə dərc edilib.

Moldovalı jurnalist Şokina Yekaterina müəllifi olduğu məqalədə əsasən Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə apardığı bərpa və yenidənqurma işləri, xüsusilə, Füzulu Beynəlxalq Aeroportunun, “Zəfər Yolu”nun açılışı, Şuşada tarixi, mədəni abidələrin bərpası barədə ətraflı məlumat verilib.

Moldovalı jurnalist 2021-ci ildə Azərbaycanın Türkiyə, Pakistan, Rusiya və Avropa İttifaqı ilə əməkdaşlığını genişləndirməsinə toxunaraq, Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini qeyd edib.

Məqalədə Azərbaycanın xarici siyasətinin uğurları barədə ətraflı məlumat verilib.
Bu xəbər oxucular tərəfindən 320 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed