Şrift:
Faizə Haşimi: “İbrahim Rəisi heç kimdir, bir qrup şəxs onu pərdə arxasından idarə edirlər”
12.01.2022 [10:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O deyib ki, İbrahim əisi ölkə prezidenti olsa da, o ölkənin taleyüklü məsələlərində səlahiyyətləri olmayan adi bir fiqurdur.

“İbrahim Rəisi prezident olmasına baxmayaraq, əslində o heç kimdir və bir qrup şəxs onu pərdə arxasından idarə edir, onun verdiyi qərarlara birbaşa təsir edirlər.

Hazırda hökumət strukturunda da vəziyyət belədir. Elə ki, hazırda bütün ostandarlıqlara və fərmandarlıqlara hərbçilər (SEPAH-çılar-Red) gətirilir.

Daha doğrusu, İbrahim Rəisi prezident olmasına baxmayaraq, səlahiyyətləri olmadığına görə, özü başqaları tərəfindən idarə olunur və başqaları onu pərdə arxasından idarə edir, yönləndirirlər”, -deyə Faizə Haşimi bildirib.

İbrahim Rəisinin prezident vəzifəsinə xalqın yox, İran liderinin seçimi olması ilə bağlı təhlillərə toxunan Faizə Haşimi deyib ki, bəzi qüvvələr İbrahim Rəisini gələcəkdə ölkə lideri vəzifəsinə otra bilməsin deyə irəli sürüblər.

“Prezidentin ətrafında olanlar da bilirlər ki, ölkə problemləri gün-günə artır və həmişə də bu kimi hallarda bütün günahlar və uğursuzluqlar onun boynuna salınır. Vəziyyət bu qədər bərbad olanda da heç kəs, nə xalq, nə də rəsmilər bu şəxsi, yəni İbrahim Rəisini rəhbər vəzifəsində görmək istəməz və bununla da əmin şəxs xalqın gözündən düşərək öz-özünə meydandan çıxar və beləliklə də gələcəkdə başqa bir şəxs (Xamneyinin oğlu Muctaba Xamneyi-Red) ölkənin rəhbəri olar”, -deyə Faizə Haşimi dolayısı yolla vurğulayıb.

F. Haşimi həmçinin İranda din və islam ədaləti adı ilə hakimiyyətə gələn indiki rejimin rəsmilərini keçmiş Pəhləvi rejiminin rəsmiləri ilə müqayisə edərək, ruhanilərin ölkə əhalisinə qarşı daha qəddar və ədalətsiz davrandığını bəyan edib.

“Biz hər yerdə İsrail, Amerika və keçmiş Pəhləvi rejiminin millətimizə etdiyi zülmündən danışır, onların yol verdikləri səhvləri qabardırıq. Halbuki hazırda biz özümüz onlardan daha betərik və daha xatakarıq.

Oyun sizə açığını danışım, bizim öz millətimizin başına gətirdiyimiz oyun və müsibətlərin heç birini onlar xalqın başına gətirməmişdilər”, -deyə İran parlamentinin keçmiş deputatı, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun keçmiş rəisi Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi bəyan edib.
Bu xəbər oxucular tərəfindən 272 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed