Şrift:
Türkiyədə 4,3 bal gücündə zəlzələ olub
13.01.2022 [10:18] - Gündəm, Hadisə
Egey dənizinin Türkiyənin İzmir vilayətinin Urla rayonu sahilində 4,3 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yerli vaxtla saat 01:54-də baş verən yeraltı təkanın ocağı dənizin 7,3 kilometr dərinliyində yerləşib.

Hələlik zəlzələnin ciddi fəsadları barədə məlumat yoxdur.
Bu xəbər oxucular tərəfindən 238 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed