Şrift:
Yaponiyada ötən ilin sentyabrından bəri ilk dəfə gündəlik 10 mindən çox yoluxma qeydə alınıb
13.01.2022 [10:33] - Gündəm, Sağlıq
Yaponiyanın hakimiyyət orqanları son sutkada 2021-ci il sentyabrın 9-dan bəri ilk dəfə ölkə üzrə 10 mindən çox koronavirusa yoluxma halı qeydə alıb.

Bu barədə NHK telekanalı Yaponiya Səhiyyə Nazirliyinə və ölkə bələdiyyələrinin məlumatlarına əsasən xəbər yayıb.

Telekanalın bildirdiyinə görə, ötən sutka ərzində ölkə üzrə ümumilikdə 13 min 52 yoluxma halı qeydə alınıb. Ən yüksək göstərici paytaxt Tokioda aşkar edilib - 2198 nəfər. Hazırda yoluxanlardan 105 nəfərin vəziyyətinin daha ağır olduğu bildirilir.

Ümumiyyətlə pandemiya başlayandan bəri ölkə üzrə yoluxanların ümumi sayının 1,79 milyon nəfər olduğu qeyd edilir. Həmçinin ötən sutkada 5 nəfərin həyatını itirdiyi bildirilir ki, bununla da ölkə üzrə ölənlərin ümumi sayı 18 min 400 nəfərə çatıb.

Qeyd edək ki, Yaponiyada 2022-ci ilin ilk günlərindən ölkə üzrə koronavirusun sürətlə yayıldığı bildirilir. Buna əsas səbəblərdən biri kimi Yaponiyada yerləşən ABŞ hərbi bazalarında aparılan heyətin yenilənməsi zamanı virusa yoluxmuş hərbçilərin ölkəyə gətirilməsi göstərilir. Bununla əlaqədar Okinava, Yamaquçi və Hiroşima prefekturalarında yanvarın 10-dan sərtləşdirilmiş məhdudiyyətlər tətbiq olunmağa başlayıb.
Bu xəbər oxucular tərəfindən 729 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed