Şrift:
Gəncədə “Çempionumuz” sosial idman layihəsi çərçivəsində növbəti görüş keçirilib
13.01.2022 [10:39] - Gündəm, İdman
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Azərbaycan İdman Könüllüləri” İctimai birliyinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq “Çempionumuz” adlı sosial idman layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Gəncə şəhər 39 nömrəli tam orta məktəbdə həyata keçirilən layihənin növbəti qonağı Əməkdar məşqçi, Təhsil Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Asif Həsənov olub.

Görüşdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri Baş İdarənin sektor müdiri Rəşad Əlizadə açıq elan edərək, “Çempionumuz” sosial idman layihəsinin mahiyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonra Asif Həsənov idman karyerası barədə dinləyicilərə məlumat verib, şagirdlərə idmanla məşğul olmağı, pis vərdişlərdən uzaq durmağı tövsiyə edərək, onları maraqlandıran sualları cavablandırıb.

Tədbirin sonunda Asif Həsənovun idman fəaliyyəti haqqında videoçarx şagirdlərə təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 239 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed