Şrift:
“SABAH” qruplarına müəllim seçimi davam edir
13.01.2022 [10:50] - Gündəm, Mədəniyyət
Təhsil Nazirliyinin “SABAH” qruplarında 2021-2022-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müraciətlərin qəbulu aparılır.

Nazirlikdən bildirilib ki, namizədlər yanvarın 16-dək müraciət edə bilərlər. Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda, müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.

Hər namizəd ən çox 2 fənn üzrə müraciət edə bilər.
Bu xəbər oxucular tərəfindən 240 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed