Şrift:
Traxtur müsabiqəsində casus izi – FOTO
29.12.2012 [10:08] - Güney Azərbaycan xəbərləri, İdman
Təbrizin “Traxtur” futbol takımının müsabiqələrində milli hüquqların dilə gətirilməsi İranın təhlükəsizlik qüvvələrini olduqca vahiməyə salıb. Belə ki, hökumət qüvvələri açıq və gizli şəkildə “Traxtur” müsabiqələrində soydaşlarımızın həyəcanını və milli hüquqlar zəminində səsləndirdikləri şüarları boğmaq istəyirlər.

“Traxtur”un iki gün öncə Kərəc şəhərinin İnqilab stadionunda “Saypa” takımı ilə keçirdiyi müsabiqədə, təhlükəsizlik qüvvələrinin təzyiq müxanizminə bir daha şahid olduq. Məlumata görə, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) qüvvələrindən birisi müsabiqə boyu milli şüarlar səsləndirən soydaşlarımızı diqqət mərkəzində saxlayıb və onlardan şəkil (foto) çəkib. Stadiondan çıxdıqdan sonra isə həmin şəxs “Traxtur” tərəfdarlarından birini yaxalayıb. Lakin ətrafdakı gənclər daşla ona hücum edib və öz soydaşlarını onun əlindən qurtarmağa nail olublar.

Traxtur  müsabiqəsində casus izi – FOTO
Traxtur  müsabiqəsində casus izi – FOTO
Traxtur  müsabiqəsində casus izi – FOTO
Bu xəbər oxucular tərəfindən 986 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed