Şrift:
Boks üzrə Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
14.01.2022 [09:45] - Gündəm, İdman
Kişi boksçular arasında Azərbaycan çempionatında dörddəbir final mərhələsinin görüşlərinə yekun vurulub.

Azərbaycan Boks Federasiyasından bildiriblər ki, 29 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın 3-cü günündə 17 qarşılaşma baş tutub.

Beş çəki dərəcəsi üzrə keçirilən qarşılaşmalardan sonra yarımfinalçıların adlarına aydınlıq gəlib.

Boksçularımızdan 57 kiloqram çəki dərəcəsində Ümid Rüstəmov, Əzrək Bəbirov, Nihat Abdullayev, 63,5 kiloqram çəki dərəcəsində isə Ruslan Rüstəmov, Həsən İbrahimov, Malik Həsənov, Cəlal Qurbanov yarımfinala vəsiqə qazanıblar.

Nəbi İsgəndərov, Cavid Çələbiyev, Pərvin Heydərov, Elməddin İsmayılov 67, Murad Allahverdiyev, Fərid Qəribov, Kamran Şahsuvarlı, Elmir Süleymanov, 80, Fuad Cəfərov isə 92 kiloqram çəki dərəcəsində qalib elan ediliblər.

Qələbə qazanan boksçular bununla da özləri üçün ən azı bürünc medalı təmin ediblər.

Qeyd edək ki, qarşılaşmaları gənclər və idman naziri Fərid Qayıbov da izləyib.
Bu xəbər oxucular tərəfindən 211 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed