Şrift:
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Rusiya Mətbuatı Günü qeyd edilib
14.01.2022 [09:54] - Gündəm, Sosial
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) Rusiya Mətbuatı Gününə – dövri mətbuat, kütləvi informasiya vasitələri işçilərinin, jurnalistlərin peşə bayramına həsr olunan tədbir keçirilib. Bayram tarixi günlə - ilk Rusiya qəzetinin nəşrə başlanması ilə bağlıdır. 1703-cü il yanvarın 13-də I Pyotrun fərmanı ilə “Vedomosti” qəzetinin ilk nömrəsi işıq üzü görüb.

Tədbirdə Azərbaycan jurnalistləri – informasiya agentliklərinin, mətbu nəşrlərin və elektron KİV-lərin təmsilçiləri iştirak ediblər.

Əvvəlcə təşkil olunan bayram konsertində gənc ifaçılar çıxış ediblər. Daha sonra KİV nümayəndələrinə fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 482 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed