Şrift:
Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağır
14.01.2022 [10:29] - Gündəm, Sosial
Yanvarın 13-ü axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə 2022-ci ilin ilk qarı yağıb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, qarın hündürlüyü Qubanın mərkəzində 3, Xaltan kəndində 12, Qusarda 4, Xızının Altıağac qəsəbəsində isə 8 santimetrdir.

Xızının Altıağac qəsəbəsində mənfi 7 dərəcə şaxta qeydə alınıb.

Qar hazırda yağmaqda davam edir.
Bu xəbər oxucular tərəfindən 227 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed