Şrift:
Fərəc Quliyev:Azərbaycan və Türkiyə ortaq gələcəklərini müəyyənləşdirib
15.01.2022 [01:12] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsindən sonra Cənubi Qafqazda yeni mərhələyə qədəm qoyduq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Avropa İttifaqının səfirləri ilə görüşdəki çıxışı zamanı bildirib. R.T.Ərdoğan vurğulayıb ki, bu prosesin ardından Türkiyə Ermənistanla münasibətlərin normallaşmasına başlayıb: “Atılan addımların gözlənilən nəticələri verməsi üçün Ermənistanın bölgədəki sülh fürsətini yaxşı dəyərləndirib Azərbaycanla pozitiv bir münasibət qurması əhəmiyyət daşıyır”.

Maraqlıdır, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalanmasa və sərhəddəki təxribatlar davam etsə, Türkiyə-Ermənistan münasibətləri yenidən pozula bilərmi?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri (MDHP) Fərəc Quliyev Cebhe.info-ya açıqlamasına bildirib ki, Azərbaycan və Türkiyə ortaq gələcəklərini müəyyənləşdirib:

“Bununla bağlı bəyanatlar da var. Türkiyə Ermənistanla münasibətlərini Azərbaycan görə kəsmişdi. Yəni ermənilərin torpaqlarımızı işğal etməsi buna səbəb olmuşdu. İndi Türkiyə-Ermənistan münasibətlərinin normallaşması dönəmində də əsas şərt Azərbaycandır. Rəsmi Ankaranın verdiyi mesaj ondan ibarətdir ki, Azərbaycanın və Türkiyənin ərazi bütövlüyü tanınmalıdır. Həmçinin, ermənilərin bu təxribatlarına da son qoyması tələb olunur. Əgər Azərbaycanı qane edən davranış olmasa, əlbəttə ki, Türkiyə Ermənistanla birtərəfli qaydada münasibət qurmayacaq. Hesab edirəm ki, bu, əvvəldən güclənmiş bir mövqedir və “Şuşa Bəyannaməsi” də ortadadır. Artıq Türkiyə və Azərbaycan xarici siyasətlərini birgə koordinasiya edir. Rəcəb Tayyib Ərdoğan da bununla bağlı Ermənistana çağırış etdi. Ermənistan bu addımlarına davam edəcəksə, Türkiyə onda fərqli mövqe nümayiş etdirəcək”.

Elmir/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 274 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed