Şrift:
BMT-nin əməkdaşı Türkiyədə qar uçqunu altında qalaraq həlak olub
17.01.2022 [09:47] - Gündəm, Hadisə
Türkiyənin Kayseri vilayətinin Erciyes Xizək Mərkəzində sürüşmə zolağından çıxan üç kanadalı turist qar uçqun altında qalıb. Onların Birləşmiş Millətlər Təşkilatının əməkdaşları olduğu bildirilir.

Erciyes rayonunun 2700 metr hündürlük bölgəsindən dərəyə sürüşməyə cəhd edən turistlərin özləri tərəfindən yaradılan uçqun altında qaldığı müəyyən edilib. Turistlərdən ikisi axtarış-xilasetmə qrupları tərəfindən xilas edilib. Bir nəfərin isə cəsədi tapılıb. Həyatını itirən turist, 45 yaşlı Maykl Kreeftin Türkiyənin Qaziantep vilayətində yerləşən Birləşmiş Millətlər Təşkilatının Koordinasiya Mərkəzinin üzvü olduğu bildirilir.
Bu xəbər oxucular tərəfindən 1243 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed