Şrift:
Novak Cokoviç “Australian Open” turnirində iştirak etməyəcək
17.01.2022 [09:49] - Gündəm, İdman
Avstraliya Federal Məhkəməsi dünyanın bir nömrəli tennisçisi Novak Cokoviçin vizasını ləğv edib.

TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məhkəmə Novak Cokoviçin koronavirusa qarşı peyvənd olunmadığı üçün belə qərar qəbul edib.

Onun yaxın saatlarda Avstraliyadan deportasiya ediləcəyi gözlənilir.

Bununla da Novak Cokoviç “Australian Open” turnirində iştirak edə bilməyəcək.

Qeyd edək ki, serbiyalı məşhur tennisçi bir neçə gün öncə Avstraliya sərhəd orqanları tərəfindən saxlanılmışdı.
Bu xəbər oxucular tərəfindən 596 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed