Şrift:
İtaliyada aktiv koronavirus xəstələrinin sayı 2,5 milyonu ötü
17.01.2022 [09:56] - Gündəm, Sağlıq
İtaliyada aktiv koronavirus xəstələrinin sayı 2 milyon 548 min 857 nəfərə yüksəlib.

Səhiyyə Nazirliyi ötən gün ölkədə COVID-19 infeksiyasına yoluxanların sayının 149 min 512 nəfər artaraq ümumilikdə 8 milyon 706 min 915-ə yüksəldiyini açıqlayıb. Koronavirus qurbanlarının sayı isə 248 nəfər artaraq 141 min 104-ə çatıb.

Reanimasiya şöbəsində olan xəstələrin sayı 1691 nəfərdir. Virusdan sağalanların sayı isə 79 min 207 nəfər artaraq 6 milyon 16 min 954 olub.

İndiyədək ölkə əhalisinə ümumilikdə 119 milyon 840 min 779 doza peyvənd vurulub. Peyvəndlərini tamamlayanların 12 yaşdan yuxarı əhaliyə nisbəti 86,78 faizdir.
Bu xəbər oxucular tərəfindən 558 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed