Şrift:
Yaponiyanın Kobe şəhərində 1995-ci il zəlzələsinin qurbanlarının xatirəsi anılıb
17.01.2022 [10:12] - Gündəm, Sosial
Yanvarın 17-də Yaponiyanın Kobe şəhərində 1995-ci ildə baş vermiş 7,3 bal gücündə zəlzələsinin qurbanlarının xatirəsinə həsr olunan mərasim keçirilib.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Yerli vaxtla saat 5:56 dəqiqədə, zəlzələnin baş verdiyi anda təbii fəlakətin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Əsas mərasimin iştirakçıları adət üzrə Hiqaşiyuençi parkında toplanıblar. Həlak olanların xatirəsinə 5 min şam yandırılıb və hadisənin tarixini əks etdirən “1.17” heroqlifi yazılıb.

Bundan əlavə, Yaponiyanın bütün ərazisində gün ərzində müxtəlif tədbirlərin keçiriləcəyi qeyd edilir.

Xatırladaq ki, Yaponiyanın qərbində baş verən və Böyük Hanşin-Avazi adı alan zəlzələ 1995-ci il yanvarın 17-də baş verib. Onun episentri Yapon dənizində Avazi adasında yerləşsə də əsas zərbə Kobe şəhərinə dəyib. Səhər saatlarında, əksəriyyətin yuxuda olduğu zəlzələ nəticəsində 6434 nəfər həlak olub, 40 mindən çoxu yaralanıb. Təbii fəlakət nəticəsində infrastruktura böyük ziyan dəyib, 640 mindən çox ev dağılıb. Həmin vaxt 340 min sakinin evsiz qaldığı da qeyd edilir.
Bu xəbər oxucular tərəfindən 230 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed