Şrift:
Xaçmaz rayonunda “ВАЗ” markalı minik avtomobili qarda batıb
17.01.2022 [10:15] - Gündəm, Sosial
Xaçmaz rayonunun Ağyazı Buduq kəndində, içərisində 2 nəfərin olduğu “ВАЗ” markalı minik avtomobilinin qarda bataraq qalması səbəbi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, müraciətlə əlaqədar FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Görülən tədbirlər nəticəsində vətəndaşlar təhlükəsiz əraziyə çıxarılıb
Bu xəbər oxucular tərəfindən 254 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed