Şrift:
Xarkovda 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə bilbordlar quraşdırılıb
18.01.2022 [10:25] - Xəbərlər, Siyasət
Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə bilbordlar quraşdırılıb.

Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşəbbüsü ilə keçirilən anım aksiyasında nümayiş etdirilən bilbordda “Bakıda Qanlı Yanvar!” şüarı yazılıb, faciəyə aid şəkillər əksini tapıb.

Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov AZƏRTAC-a bildirib ki, 20 Yanvar faciəsinə dair şəhərin mərkəzi hissəsində 2 bilbord yerləşdirilib. Bilbordlar yanvarın sonlarına kimi nümayiş olunacaq.
Bu xəbər oxucular tərəfindən 127 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed