Şrift:
"Mənim qəhrəman qardaşım!" layihəsi çərçivəsində Vətən müharibəsi iştirakçıları ilə şagirdlərin görüşü baş tutub
18.01.2022 [10:30] - Xəbərlər, Sosial
Nərimanov rayonunda "Mənim qəhrəman qardaşım!" layihəsi çərçivəsində şəhid ataları və Vətən müharibəsi iştirakçıları ilə şagirdlərin ilk görüşü keçirilib.

Tədbir rayonun 207 nömrəli tam orta məktəbində baş tutub.

Görüşdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, 207 nömrəli tam orta məktəbin direktoru Sədaqət Seyidova, Vətən müharibəsi şəhidi Sənan Abdullayevin atası Şahin Abdullayev, Vətən müharibəsinin iştirakçısı, qazi Arif Hacıyev, məktəbin müəllim heyəti və şagirdlər iştirak ediblər.

Tədbir zamanı qonaqlar 207 nömrəli tam orta məktəbin şagirdləri ilə rəşadəti Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində ən ağır döyüş əməliyyatlarını uğurla icra edərək Zəfər qazanması haqqında söhbətlər aparıblar. Görüşdə bildirilib ki, Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm uğurlarımızın ən başlıca səbəbi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi olub.

Görüşün sonunda sinif rəhbərlərinə Azərbaycan bayrağı hədiyyə edilib və şagirdlər qonaqlarla xatirə şəkli çəkdiriblər.
Bu xəbər oxucular tərəfindən 252 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed