Şrift:
Avropa İttifaqına üzv ölkələrin maliyyə nazirləri inflyasiya və enerji məsələlərini müzakirə ediblər
19.01.2022 [10:27] - Gündəm, İqtisadiyyat
Avropa İttifaqına (Aİ) üzv ölkələrin maliyyə nazirlərinin İqtisadi və Maliyyə Məsələləri Şurasının (ECOFIN) növbəti iclası keçirilib.

Nazirlər inflyasiyanın artmasının əsasən enerji qiymətlərindən qaynaqlandığını, enerji sahəsində xaricə asılılığın azaldılmasının zəruri olduğunu bildiriblər. İqtisadi artıma mənfi təsir göstərən müxtəlif risklərin olduğunu qeyd edən nazirlər pandemiyanın hələ bitmədiyini və bununla bağlı diqqətli davranmağın vacibliyini vurğulayıblar.

İclasda bildirilib ki, Çin iqtisadiyyatındakı yavaşlama müxtəlif risklər təşkil edir, bu vəziyyətdə xüsusilə təchizat və təchizat zəncirlərində problemlər yaranır.

Qeyd edək ki, dekabr ayında Avrozonada inflyasiya 5 faizlə rekord səviyyəyə çatıb.
Bu xəbər oxucular tərəfindən 531 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed