Şrift:
Iravan xanlığının suqutu və Iravan qalasının işğalının 185 illiyinin anım günü
30.12.2012 [03:32] - Gündəm, Siyasi partiyalar, Qərbi Azərbaycan-İrəvan
29 dekabr 2012-ci ildə Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamentinin təşkil etdiyi "İRƏVANIN İŞĞALININ - 185-ci ili" tədbirində əsas MƏRUZƏ

Bildiyiniz kimi, XVI əsrin əvvələrində (1502-ci ildə) Səfəvilər dövləti Qərbi Azərbaycanın öz inzibati ərazi bölgəsinə daxil edərək, mərkəzi İrəvan şəhəri olan Çuxursəd bəylərbəyliyini yaratmışdır. Bu ad Qərbi Azərbaycanın ilk coğrafi adı hesab edilmişdir.
Qərbi Azərbaycanın əksər bölgələrinin bir bəylərbəyliyində birləşdirilməsi, onun gələcəkdə müstəqil* dövlət kimi formalaşmasında çox böyük əhəmiyyəti olmuşdur.
XVI əsrin ikinci yarısından Çuxursəd bəylərbəyliyini Rəvan (İrəvan) əyaləti adlandırdı və Qərbi Azərbaycan bölgəsi yeni coğrafi ad kəsb etdi. Bölgənin İrəvan şəhəri əsasında adlandırılması sonralar “İrəvan xanlığı”, “İrəvan quberniyası” və İrəvan qəzası adı ilə tarixə düşdü və Qərbi Azərbaycan həmin adla tanındı.
Tarixi mənbələrə görə “İrəvan” adı hələ e.ə.VIII əsirdə də mövcud olmuş, eramızın VII əsrindən başlayaraq Qərbi Azərbay canın strateji mərkəzi kimi taninmişdir. İrəvan sözü türk sözü olaraq rəvanlıq, düzənlik mənasını kəsb edir. Şərq mənbələrində və orta əsr rus arxiv sənədlərində İrəvan şəhəri “Rəvan” adlandırılmış və bunun izahı kimi şəhərin dağlarla əhatə olunmuş rəvan yerdə salındığına görə belə ad verilməsi izah edilmişdir. Məlum olduğu kimi həmin bölgələrdə yaşayan azərbaycanlılar “r” hərfinin əvvəlinə “Δ hərfi əlavə ediirdilər. Məsələn, Rza-İrza, Mirzə- İmirzə, rahat-irahat, rəhmət-irəhmət v.s. ona görə də rəvan şəhəri İrəvan adlandırılmışdır. Sonralar ermənilər bu adı da erməniləşdirmiş, onu “Erivan”, Yereven kimi səsləndirmişlər.
Erebuni qalası hələ eramızdan əvvəl 782-ci ildə Urartu çarı I-ci Arqişti tərəfmdən İrəvan şəhəri ərazisində, şəhərin cənub-şərq tərəfındə Qanlıtəpə adlı yerdə salınmış şəhər -qala qədim türk qalalarından biri olmuşdur. Bu qədim türk qalası e.ə. IV əsrə qədər mövcud olmuşdur. Tarixi mənbələrdə Erebuni şəhəri İşpini kimi də adlanmış bu qalanin əsl adı türkcə Erebuni olmaqla “Er-bi” (ərlər boyu) və “uni” urartu dilində “ölkə “deməkdir və “ərlər boyunun ölkəsi” anlamını verir. Erebuninin İrəvan şəhərinin ilkin adı olduğu da oz təsdiqini tapmışdir. Sovet dönəmində ermənilər əski erməni əlifbası ilə yazilmiş bir neçə daş parçasını İrəvan qalası ərazisində torpağa basdıraraq, bir müddət sonra guya qazıntılar zamanı tapıldığını bütün dünyaya yaydılar və İrəvanın erməni şəhəri olduğunu təsdiqləmək üçün Yerevan şəhərinin 2500-illiyini qeyd etdilər. Lâkin onların tarixi saxtakarlığı indi də kağız üzərindədir.
1590-cı ildə olduğu kimi, 1728-ci ildə də trəvan əyaləti Osmanlı İmperiyasının tərkibində olarkən əyalətin müstəqil dəftəri tərtib edilmiş Naxçıvan bölgəsinin içtimai dəftərindən Zəbil, Zar, Şərur nahiyələri çıxarılaraq İrəvan əyalətinin təkibinə daxil edilmişdir.
Bu zaman İrəvan əyaləti Mülki, Axsaxala, Məvazeyi-Xatın, Aslanlı, Qarabağ, Dərəşam, Dərəşahbuz, Bazarçay, Şərur, Zəbil, Zar, Əlincə, Sisiyan,Azadçıqan, Ordubad, Şorlud, Dəmiqad kimi 16 nahiyyədən və bir qəzası olan Naxçıvan livasından ibarət olmuşdur. Əyalətdə türk müsəlmanlar 73% ermənilər və qeyri millətlər isə ahalinin 27%-ni təşkil etmişdir.
1736-1747-ci illərdə mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycan vilayəti yaradıldı və Çuxursəd bəylərbəyliyi ləğv edilərək Qərbi Azərbaycan “İrəvan viləyəti” kimi Azərbaycan vilayətinin tərkibinə daxil erdilmişdir.
1747-ci ildə Azərbaycan vilayətində 20 müstəqil xanlıqlar yaradıldı və bu xanlıqlardan biri də İrəvan xanlığı idi.
İrəvan xanlığı Ağrıdağ düzənliyini , Göyçə gölü hövzəsini və Araz çayının cənub-şərqə doğru uzanan ərazini əhatə edirdi. Azərbaycanın şimal-şərqində yerləşən bu xanlıq mərkəzi İrəvan şəhəri olmaqla Naiblərin idarə etdiyi Qırxbulaq, Zəngibasar, Gəmibasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd, Saatlı, Talin, Seyidli-Axsaxlı, Sərdarabad, Karpi, Abaran, Dərəçiçək Göyçədən ibarət 15 mahaldan və Şörəyel sultanlığından ibarət idi. İrəvan xanlığı 1797-ci ilədək- 50 il müstəqil dövlət kimi mövcud olmuşdur. Hətta 1797-1828-ci illərdə də bu bölgədə İranm hakimiyyəti bərpa olsa da, İrəvan xanlığı öz mövcudluğunu itirməmişdi.
Xanlığın öz inzibati ərazi xəritəsi, bayrağı, dövlətin xüsusi idarəetmə formaları var idi və idarəetməyə aid bütün vasitələrdən istifada olunurdu. Qeyd edək ki, erməni kilsələrinə katalikosu da ölkənin başçısı xan tərəfindən təyin olunurdu.
Qərbi Azərbaycan İrəvan xanlığının əksəriyyəti azərbaycan türklərindən, qismən isə erməni və qeyri millətlərdən ibarət idi. XlX-əsrin əvəllərindən başlayaraq Rusiya ilə İran arasında başlayan müharibələr zamanı rus qoşunları birinci növbədə strateji əhəmiyyətli İrəvan qalasını ələ keçirmək üçün hücuma keçdilər. İrəvan qalası Zəngi çayının kanarındaki Qanlıtəpə adlı ən yüksək təpədə yerləşirdi. Qanlı müharibədə qalanın müdafiəsinə qalxmış yerlı əhalı ölüm-dirim müharibəsinə girişərək, böyük fədakarlıq göstərirdilər. Ruslar bütün qüvvələrdən istifada etsələrdə İrəvan qalasını ələ keçirə bilmədilər. Lakin xanlığın torpaqlarından Gorus, Qafan və Sisiyan mahallarını işğal etdilər. Lakin sonralar qüvvələrin bərabər olmaması səbəbindən ruslar İrəvan qalasmı işğal etdilər. 1813-cü ildə bağlanmış Gülüstan sülh müqaviləsinə əsasən Azərbaycan ikiyə bölündü. Naxçıvan və İrəvan xanlıqları İran torpaqları hesab edildi. 1826-1828-ci illərdə II Rus îran müharibəsi çar Rusiyasının qələbəsi ilə nəticələndi. 1827-ci ilin oktyabrında İrəvan xanlığı və İrəvan qalası işğal edildi və İrəvanda müvvəqəti idarə üsulu yaradıldı.
1828-ci ilin mart ayının 21-də Rusiya ilə İran arasında bağlanmış Tükmənçay sülh müqaviləsinə əasən İrəvan və Naxçıvan xanlıqları ləğv edildi, rus çarı I-ci Nikolayın əmri ilə Naxçıvan və İrəvan xanlıqlarnın inzibati ərazisində “Erməni vilayəti” adlı müvəqqəti idarə üsulu yaradıldı və İrəvan şəhəri ermənilərə paytaxt kimi “hədiyyə” verildi.
1828-ci ildən başlayaraq çar Rusiyasının havadarlığı ilə yaxın dövlətlərdən İrəvan və Naxçıvan xanlıqlarnın ərazisinə ermənilərin kütləvi sirətdə köçürülməsinə başlandı. Bu yeni erməni dövləti yaratmaq siyasəti bir əsrdəndə çox davam etdirildi. Hətta bu köçürülmələrdən sonra da İrəvan xanlığı ərazisində XIX əsrin birinci yarisinda azərbaycan türklərinin və müsəlmanların sayı ahalinin 76,24% , erməni və qeyri millətlərin sayı isə 23,46% təşkil edirdi. Qərbi Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq üçün ermənilər və onun havadarları birinci növbədə yerli əhalini, azərbaycan türklərini sıxışdıraraq dədə-baba yurdlarından qovmağı onlara məxsus tarixi abidələri məhv etməyi qarşılarına əsas məqsəd qoydular. XIX əsrin əvvələrindən XX əsrin sonunadək bu məqsədlərini həyata keçirmək üçün insanlığa xas olmayan bütün vasitələrdən istifadə edərək milyonlarla azərbaycan türklərini əzəli və əbədi yaşayış məskənlərindən didərgin saldılar. Minlərlə tarixi abidələri yer üzündən sildilər.
Təkcə İrəvan şəhəri və onun yaxınlığında dağıdılmış böyük həcmli tarixi abidələrdən bir neçəsi barədə malumat vermək istərdim.
-1604-cü ildə I-ci Şah Abbasın İrəvan qalası ərazisində Sərdar sarayının şərqində yerləşən I-ci Şah Abbas məscidi.
-1725-ci ildə Rəcəb Paşa tərəfındən İrəvan qalasında inşa edilmiş möhtəşəm məscid.
-İrəvan qalası və onun ətrafında inşa edilmiş 8 məscid kompleksi.
-1510-cu ildə Şah İsmayılm əmri ilə İrəvanda inşa edilmiş Şah İsmayıl məsçidi (1918-ci ildə həmin məscidə müsəlmanları dolduraraq od vurub yandırmışdılar).
-1413-cü ildə inşa edilmiş Sərdarabad türbəsi.
-1510-cu ildə İrəvan sərdarı Əmirqulu xan Qacar tərəfındən türbəsində ucaldılmış və İrəvan xanı Hüseynəlixan tərəfındən 1782-ci ildən təkmilləşdirilmiş Sərdar qalası.
-Sərdarabad qalası Türk müsəlman qalası
-Uzundar qalası v.s.
Umumıyyətlə Qərbi Azərbaycanda 42, Uçmüəzzin qəzasında 33, Zəngəzur qəzasında 35, böyük həcmli tarixi abidələr dağıdılaraq yer üzündən silinmişdir.
Ermələrin Qərbi Azərbaycana köçürülməsi 1828-ci ildən başlayaraq mərhələlərlə həyata keçirilmişdir. Tarixi faktlara əsasən görürük ki, ermənilərin indiki Ermənistana köçürülməsi 1953-cü ilədək davam etmişdir. onlardan bir neçə dövrə nəzər salaq:
-1828-ci ildən başlayaraq İrandan - 40.000 nəfər Türkiyədən - 84.600 nəfər Suriyadan -30.000 nəfər.
-1914-1922- ci illərdə:
Türkiyədən-70.000 nəfər Fransadan-30.000 nəfər
-1945-ci ildən başlayaraq İran, Suruya, Livan, Bolqarıstan,
Yunanistan, Rumuniyadan - 509-000 nəfər
-1947-ci ildən Fələstin, Suriya, Fransa, ABŞ, Misir, Yunanistan İraq, Livandan - 35.400 nəfər
-1948-ildən başlayaraq Suriya, Livan, Fransa, ABŞ, Misir, Bolqarıstan, Rumunyadan -100.000 nəfər
Əsası rus çarı I-ci Pyotr tərəfındən qoyulan ermənilərin himayə edilməsi siyasəti sonralar Rusiyanın digər çarları və bolşevik Rusiyası tərəfındən davam etdirilmişdir.
1768-ci ildə Rusiya çariçası II-ci Yekatirina ermənilərin himayə edilməsi haqqında əmr imzalamışdır.
1802-ci ildə çar I-ci Aleksandr Sisyanova yazdığı məktubda deyirdi: ”Nə olursa olsun ermənilər Azərbaycanın bu və ya digər xanlıqlarında məskunlaşdırılmalı və onlardan istifada olunmalıdır”
Qərbi Azərbaycandan Azərbaycan türkləri mərhələli şəkildə qovularaq çıxarılmışdır.
1-ci mərhələ: 1828-1905, 595.000 nəfər qovulmuşdur
2-ci mərhələ: 1905-1907,275.000 nəfər qovulmuşdur
3-cü mərhələ: 1918-1920, 575.000 nəfər qovulmuşdur
4-cü mərhələ: 1948-1953, 60.000 nəfər qovulmuşdur
5-ci mərhələ: 1988-1989, 250.000 nəfər qovulmuşdur
Bu mərhələlərdə 1-milyon nəfərdən artiq azərbaycan türkü öldürülmüşdür.
Bu mərhələlərdə Qərbi Azərbaycandan qovulan azərbaycanlılara 105 milyad ABŞ dolları həcmində maddi ziyan dəymişdir.
Təkcə 1988-1990-cı illərdə Ermənistandan qovulan azərbaycanlılara 4,5 milyad ABŞ dolları həcmində maddi ziyan dəymişdir.
Göründüyü kimi 1827-ci ildən İrəvan xanlığmın işğalından sonra erməni faşistləri tərəfındən Qərbi Azərbaycan torpaqları tamamilə işğal edilmiş, azərbaycan türklərinə məxsus bütün tarixi abidəbr dağıdılmış, bütün yaşayış yerləri məskənlərinin adları erməniləşdirilmiş, bütün azərbaycan türkləri dədə- baba yurdlarından qovularaq, mülki əhalinin əmlakı talan edilmişdir. İndi Qərbi Azərbaycanda bir nəfər də olsun azərbaycan türkü yaşamır.
XVIII-ci əsrin əvəllərindən başlayaraq əvvəllər Rus imperiyasınm, sonralar isə bolşevik Sovet Rusiyasının havadarlığına arxalanan ermənilər qədim Qərbi Azərbaycan torpağında qondarma erməni dövləti yaratsalar da onun XVIII-ci əsrin əvəllərindən başlayaraq əvvəllər Rus imperiyasının, sonralar isə bolşevik Sovet Rusiyasının havadarlığına arxalanan ermənilər qədim Qərbi Azərbaycan torpağında qondarma erməni dövbti yaratsalar da onun gələcəkdə böyük faciə ilə nəticələnəcəyinə çox qalmamışdır. XX-əsrin əvvələrində sürü ilə Qərbi Azərbaycan torpaqlarına soxulan ermənilər indi, XXI-ci əsrin əvvələrində sürü ilə bu torpaqlardan çıxıb getməkdədirlər. Hazırda Rusiya, İran və bir neçə dövlətin qoltuğuna sığman Ermənistan dövbti başa düşməlidir ki, o torpaqların sahibləri gec -tez öz yurdalarına qayıdacaqlar. Bütün Azərbaycan xalqı Dağlıq Qarabağ torpaqlarını və Qərbi Azərbaycan torpaqlarını hansı yolla olursa -olsun erməni faşistlərindən azad edəcəklər.
Bu xəbər oxucular tərəfindən 1490 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed