Şrift:
Fərəc Quliyev: “Ukrayna məsələsində Azərbaycanın vasitəçiliyinə ehtiyac var”
19.01.2022 [14:39] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Prezidentin Kiyevə səfərindən sonra Putinlə telefon danışığında Ukrayna məsələsinin müzakirəyə çıxarılması diqqət çəkib. Belə ki, Türkiyə-Rusiya arasında “təyyarə olayı”ndakı kimi Azərbaycanın vasitəçiliyi aktuallaşır. Mövzunu bizimlə şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirib ki, NATO və ABŞ-ın Ukrayna böhranında Rusiya ilə qarşı-qarşıya gəlməsində Azərbaycan-Türkiyə tandemindən yaxşısı ola bilməz:

“Belə ki, Türkiyəyə həm NATO, həm də Amerikanın ciddi ehtiyacı, Rusiyanın isə etimadı var”.

Bizim.Media-ya danışan eks deputatın fikrincə, Ankara ilə Moskva arasında ziddiyyətlər olsa da, bu iki dövlət sonda anlaşa bilir.


Eyni məsələni Azərbaycan-Rusiya münasibətlərinə də aid etmək olar. Çünki Bakı bəzən rus sülhməramlıların fəaliyyətilə razılaşmasa da, başqa istiqamətlərdə əməkdaşlıq genişdir.

Bundan başqa, Azərbaycan da bəzi ölkələrin əlaqələrini nizamlamaq üçün vasitəçi kimi formalaşıb. Yəni, bu yöndə təcrübə mövcuddur:

“Prezident İlham Əliyevin Ukraynaya son səfəri Azərbaycanın hansısa səngərdə yer tutması demək deyil. Azərbaycan bölgədə sülh və əməkdaşlıq tərəfdarıdır. Bu səfər Ukrayna krizisinin dərinləşməməsi üçün bir gedişdir. Putinlə cənab İlham Əliyevin telefon danışığı artıq onu göstərir ki, Azərbaycanın vasitəçiliyinə ehtiyac var və Bakı bunu edir. Eyni zamanda, Ankara da Moskva ilə danışıqlara başlayıb”.

Fərəc Quliyevin sözlərinə görə, Ankara Kreml ilə danışıqlara paralel NATO və Amerika ilə də dialoq saxlayır. ABŞ tərəfdən verilən son mesaj isə budur:

“Ukrayna ilə bağlı məsələlər diplomatik masada həll olunsun. Yeri gəlmişkən, Rusiya da eyni çağırışlar edib. Hesab edirəm ki, uğurlu gedişdir və Azərbaycan-Türkiyə tandemi bu məsələdə töhfə verəcək. Yəni Ukrayna probleminin həllinə Azərbaycan və Türkiyə qədər kömək edə biləcək başqa ölkə yoxdur”.

Bizim.Media
Bu xəbər oxucular tərəfindən 466 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed