Şrift:
Ruslan Lunyov Qran-Pri yarışında uğurla çıxış edib
21.01.2022 [09:57] - Gündəm, İdman
Xorvatiyanın Osijek şəhərində keçirilən ISSF Qran-Pri yarışında Azərbaycan atıcısı Ruslan Lunyov uğurla çıxış edib.

Gənclər və İdman Nazirliyindən bildiriblər ki, idmançımız 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında gümüş medal qazanıb.

Xatırladaq ki, bu medal R.Lunyovun son bir həftədə qazandığı ikinci medaldır. Belə ki, atıcımız yanvarın 15-də Sloveniyanın Ruşe şəhərində keçirilən ISSF Qran-Pri yarışında qızıl medal qazanmışdı.
Bu xəbər oxucular tərəfindən 538 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed