Şrift:
20 Yanvar faciəsinin 32-ci ildönümü İğdır şəhərində də qeyd olunub
21.01.2022 [10:06] - Xəbərlər, Siyasət
Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.

Mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar və Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev çıxışlarında 20 Yanvar faciəsinin dəhşətlərindən bəhs ediblər.

Daha sonra 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovetlər birliyinin qoşun birləşmələrinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayəti əks etdirən film nümayiş olunub.

Professor Tufan Gündüzün 20 Yanvar cinayətinin səbəb və məqsədləri, eləcə də böyük Qarabağ Zəfərindən sonra bölgədə yaranmış vəziyyət mövzusunda məruzə ilə çıxış edib.

Çıxışlarda Azərbaycan xalqının qəhrəman övladlarının şücaəti xoş sözlərlə ifadə edilib.

Mərasimdə İğdır valisi Engin Sarıibrahim, İğdır Cümhuriyyət Baş prokuroru Sərkan Başaran, yerli qarnizon komandanı Ramazan Sedat Baş, İğdır Polis İdarəsinin rəisi Oğuzhan Yonca, İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma, Aralık rayon bələdiyyəsinin sədri Mustafa Güzelkaya, Tuzluca rayon bələdiyyəsinin sədri Sait Türkan və digər rəsmi şəxslər, eləcə də İğdır ictimaiyyətinin görkəmli simaları iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 249 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed