Şrift:
İtaliya A Seriyası: "Milan" - "Yuventus" oyunu heç-heçə başa çatıb
24.01.2022 [10:22] - Gündəm, İdman
Yanvarın 23-də futbol üzrə İtaliya A Seriyasında XXIII turun mərkəzi oyunu keçirilib.

"San-Siro" stadionunda baş tutan görüşdə iki əzəli rəqib - "Milan" və "Yuventus" komandaları üz-üzə gəlib.

Meydan sahiblərinin üstünlüyü ilə keçən görüş qolsuz bərabərliklə yekunlaşıb - 0:0. Qarşılaşmanın 28-ci dəqiqəsində meydan sahiblərinin hücumçusu Zlatan İbrahimoviç zədələnərək meydanı tərk edib. Qırx bir yaşlı isveçli forvardı fransalı Olivye Jiru əvəzləyib.

Bu nəticədən sonra "Milan" klubu "Napoli" ilə birgə hərəyə 49 xalla 2-3-cü yerləri bölüşür. "Yuventus" isə 42 xalla 5-cidir. Turnir cədvəlinə 53 xalla ehtiyatda bir oyunu olan "İnter" başçılıq edir.
Bu xəbər oxucular tərəfindən 692 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed