Şrift:
Yanvarın 24-ü Beynəlxalq Təhsil Günüdür
24.01.2022 [10:39] - Xəbərlər, Mədəniyyət
BMT-nin qərarına əsasən, yanvarın 24-ü Beynəlxalq Təhsil Günü kimi qeyd olunur. Təşkilatın bu qərarı İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 26-cı maddəsi ilə təsbit olunmuş təhsil hüququnun daha geniş təbliği məqsədi daşıyır.

BMT-nin saytına istinadla xəbər verir ki, bu il Beynəlxalq Təhsil Günü “Kursun dəyişdirilməsi, təhsilin yenilənməsi” devizi altında qeyd olunur. Bu əlamətdar gün dünyada müxtəlif şəkildə qeyd olunur. Bir çox qlobal tədbirlərdə üç əsas mövzuya diqqət yetirilir: öyrənmə, innovasiya və maliyyələşdirmə.

Qeyd edək ki, Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır. Bu qayğının nəticəsidir ki, indi ölkəmizdə savadlılıq yüz faiz təmin olunub. Hazırda Azərbaycanda təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılıb.
Bu xəbər oxucular tərəfindən 739 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed