Şrift:
Kamran Əliyev: Ötən il Baş Prokurorluğun İstintaq idarəsində 120 şəxs barəsində 96 cinayət işinin istintaqı tamamlanıb
24.01.2022 [10:54] - Xəbərlər, Sosial
Ötən il Baş Prokurorluğun İstintaq idarəsində 328 cinayət işinin ibtidai istintaqı aparılıb və 120 şəxs barəsində 96 cinayət işinin istintaqı yekunlaşdırılıb. Bunlardan 24 şəxs barəsində 17 iş qəsdən adamöldürmə faktları ilə bağlı olub.

Bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2021-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə dair yanvarın 24-də Baş Prokurorluqda keçirilmiş geniş kollegiya iclasında məlumat verib.

Baş prokuror bildirib ki, İstintaq idarəsində ibtidai istintaqı tamamlanan cinayət işləri üzrə 67 milyon 165 min manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilib.
Bu xəbər oxucular tərəfindən 477 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed