Şrift:
“Astara” gömrük postunda yük maşınlarının yoxlanılması üçün rentgen qurğusu quraşdırılıb
25.01.2022 [10:22] - Gündəm, İqtisadiyyat
“Astara” gömrük postunda yük maşınlarının yoxlanılması üçün yeni rentgen qurğusunun quraşdırılması yekunlaşıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev özünün tviterdəki hesabında yazıb.

“Astara” gömrük postunun ərazisində yük maşınlarının yoxlanılması üçün “NUCTECH PB2028TD Fixed Scanner” rentgen qurğusunun, “Astara” dəmir yolu gömrük postunda “HCVT-60” tipli X-RAY rentgen-nəzarət qurğusunun tikintisi və quraşdırılması işləri yekunlaşıb”, - deyə Dövlət Gömrük Komitəsinin sədri qeyd edib.
Bu xəbər oxucular tərəfindən 545 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed