Şrift:
Burkino-Faso hərbçiləri hakimiyyəti ələ keçirdiklərini elan ediblər
25.01.2022 [10:25] - Xəbərlər, Siyasət
Burkino-Faso ordusu Prezident Rok Mark Kristian Kaboreni devirərək ölkədə hakimiyyəti ələ keçirib.

TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu 14 hərbi zabitdən ibarət qrup dövlət televiziyasında çıxışı zamanı elan edib. Onlar dövlət hakimiyyətinin artıq polkovnik-leytenant Paul-Henri Sandaogo Damibanın başçılıq etdiyi Mühafizə və Bərpa üçün Vətənpərvərlik Hərəkatının əlində olduğunu bildiriblər.

Hərbçilər ölkə konstitusiyasının fəaliyyətinin dayandırıldığını, hökumətin buraxıldığını, Burkino-Fasonun quru və hava sərhədlərinin bağlandığını elan ediblər.

Reuters agentliyinin zabitlərdən birinə istinadla verdiyi xəbərə görə, çevriliş zorakılıqsız olub.
Bu xəbər oxucular tərəfindən 312 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed