Şrift:
İtaliyada prezident seçkilərinin birinci turu nəticəsiz qalıb
25.01.2022 [10:31] - Xəbərlər, Siyasət
İtaliyanın 13-cü prezidentini müəyyən etmək üçün toplanan “Böyük Seçki Məclisi”ndə səsvermənin birinci turundan nəticə əldə olunmayıb.

Parlamentin yuxarı palatası, Senatın üzvü olan 315 senator və 6 ömürlük senator, aşağı palata - Nümayəndələr Palatasından isə 630 deputat və 20 inzibati rayondan 58 nümayəndədən ibarət 1009 üzvlü “Böyük Seçki Məclisi” seçkilərin birinci turu üçün toplaşıb. Səsvermənin birinci turunda prezident seçilmək üçün tələb olunan 1008 səsdən 672-sinə heç bir namizəd çata bilməyib. Boş səslərin sayı isə 672 olub. Beləliklə, səsvermənin birinci turu nəticəsiz qalıb.

Nümayəndələr Palatasında keçirilən səsvermə COVID-19 epidemiyasına qarşı tədbirlərə uyğun təşkil edilib.

Senatının sədri Maria Elizabetta Alberti Kasellati və Nümayəndələr Palatasının sədri Roberto Fiko prezident seçkilərinin yanvarın 25-də keçiriləcək səsvermənin ikinci turu ilə davam edəcəyini açıqlayıblar.

Qeyd edək ki, Baş nazir Mario Draqinin rəhbərlik etdiyi koalisiya hökumətinin tərəfdaşları seçkidə ortaq namizədi müəyyən etmək üçün məsləhətləşmələr aparıblar. Demokratik Partiyanın (PD) rəhbəri Enriko Letta və “Liqa” Partiyasının rəhbəri Matteo Salvini görüş keçiriblər. M.Salvini, həmçinin “Beş Ulduz Hərəkatı”nın (M5S) lideri Cüzeppe Konte ilə də görüşüb.

Qeyd edək ki, ölkədə hələ də prezidentliyə rəsmi namizəd yoxdur. Lakin bu posta Baş nazir Mario Draqinin adı tez-tez hallanır. Əgər Mario Draqi prezident seçilərsə, mövcud hökumət buraxılmalıdır.

Yerli mediaya görə, koalisiya tərəfdaşları Mario Draqiyə prezident olmaq üçün “yaşıl işıq” yandırmaq üçün yeni hökumətin qurulması barədə də razılığa gəlməlidirlər
Bu xəbər oxucular tərəfindən 234 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed