Şrift:
Suraxanı rayonunda ikimərtəbəli ev yanıb
25.01.2022 [10:34] - Gündəm, Hadisə
Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 170 kvadratmetr olan iki ailəyə (hər mərtəbəsi ayrı-ayrı vətəndaşlara) məxsus ikimərtəbəli evdə yanğın baş verib.

FHN-in saytına istinadla xəbər verir ki, birinci mərtəbəsində sahəsi 40 kvadratmetr olan evin yanar konstruksiyaları 30 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi və ikinci mərtəbə yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu xəbər oxucular tərəfindən 854 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed