Şrift:
Dünyada ötən sutka ərzində 2,4 milyondan çox insan koronavirusa yoluxub
25.01.2022 [10:45] - Gündəm, Sağlıq
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 2,4 milyon nəfərdən çox olub.

Pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 2 milyon 407 min 902 nəfər yeni koronavirusa yoluxub, 6 min 627 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 355 milyon 430 min 756, ölənlər isə 5 milyon 622 min 870 nəfərə çatıb.

Ötən sutka ərzində virusa ən çox yoluxma halı (465 min 154 nəfər) və bu xəstəlikdən ölüm faktı (1193 nəfər) ABŞ-da qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (72,9 milyon), Hindistan (39,7 milyon), Braziliya (24,1 milyon), Fransa (16,8 milyon), Böyük Britaniya (15,9 milyon), Rusiya (11,1 milyon) və Türkiyədə (11 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.
Bu xəbər oxucular tərəfindən 570 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed