Şrift:
İndoneziyada karaoke klubunda baş verən yanğın nəticəsində 19 nəfər həlak olub
25.01.2022 [10:53] - Gündəm, Hadisə
İndoneziyanın Qərbi Papua əyalətində gənclər arasında baş verən münaqişədən sonra karaoke klubunun yandırılması nəticəsində azı 19 nəfər ölüb.

“CNN”ə istinadla xəbər verir ki, səhər saatlarında karaoke klubunda baş verən davada 1 nəfər bıçaqlanıb. Sonra klub yandırılıb və nəticədə daha 18 nəfər həlak olub.

Əyalət polisinin sözçüsü Adam Ervini gənclər arasında bu cür hadisələrin tez-tez baş verdiyini, lakin indiyədək bu qədər itkinin olmadığını bildirib. O, əyləncə məkanında baş verən ölümcül insidentin hələ də araşdırıldığını və ölənlərin sayının artıb-artmayacağının hələlik bilinmədiyini deyib.

Münaqişənin qonşu Maluku adasından olan iki rəqib qruplaşma arasında baş verdiyi qeyd edilib.
Bu xəbər oxucular tərəfindən 901 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed