Şrift:
Sosial sahibkarlığa başlamaq istəyən gənclər üçün Quba, İsmayıllı, Lerik rayonlarında layihə həyata keçirilir
26.01.2022 [10:27] - Gündəm, Sosial
“Azərbaycanın sosial-iqtisadi cəhətdən əlverişsiz bölgələrində yaşayan qadın və qızların təhsil və potensiallarının gücləndirilməsi üzrə təlimlər keçirməklə məşğulluq imkanlarının artırılması” layihəsi "Yerli Təşəbbüslər üçün Kanada Fondu" proqramı çərçivəsində Kanadanın Türkiyədəki Səfirliyinin maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional tərəfdaşlığı ilə sosial sahibkarlığa başlamaq istəyən gənclər üçün Quba, İsmayıllı, Lerik rayonlarında layihə həyata keçirilir.

NAYORA-dan bildiriblər ki, layihənin həyata keçirilməsində məqsəd 18-29 yaşarası gəncləri sosial sahibkarlıq haqqında maarifləndirmək və məşğulluqlarını artırmaqdır.

Layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər 4 fazaya bölünüb - Ehtiyacların qiymətləndirilməsi məqsədilə onlayn və oflayn qaydada sorğuların keçirilməsi, seçilən gənclərə gender bərabərliyi və qadın hüquqları mövzusunda 4 günlük marifləndirmə təlimləri keçirilməsi, sosial sahibkarlıq mövzusunda bacarıqların inkişaf etdirilməsi məqsədilə 4 günlük təlim sessiyası təşkili, mentorluq fəaliyyəti və 9 gəncə sosial sahibkarlıq istiqamətində resurs dəstəyinin göstərilməsidir.

Qeydiyyat linki: https://forms.gle/Kc5vkhrHcpkj2BK88

Qatılmaq istəyənlər fevralın 1-dək müraciət edə bilərlər.
Bu xəbər oxucular tərəfindən 230 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed